Ucar şəhərində kanalizasiya xəttində qəza aradan qaldırılarkən baş vermiş torpaq uçqunu zamanı "Azərsu" ASC-nin 2 əməkdaşı xəsarət alıb.
Bunu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, zərərçəkənlərin həyatı üçün təhlükə yoxdur:
"Vilnur Sadıqov adlı əməkdaşımız hazırda Ucar Mərkəzi Rayon Xəstəxanasında müayinə olunur".