https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg Sabirin təyyarəyə mindirmək istədiyi adamlar - Rafael Hüseynov yazır
search
24 Aprel 2024

III “Raquf Orucov Kuboku” beynəlxalq cüdo turniri başlandı

III “Raquf Orucov Kuboku” beynəlxalq  cüdo turniri başlandı

Cüdo üzrə yaşı 21-dək (U-21) olan gənclərdən ibarət klub komandaları arasında  III “Raquf Orucov Kuboku” beynəlxalq turniri bu gün start götürüb.

2016-cı ilin Aprel döyüşlərinin qəhrəmanları, əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və silahdaşlarının xatirəsinə həsr olunmuş ənənəvi turnirdə iştirak edən yerli və xarici klubların nümayəndələri səhər tezdən Fəxri Xiyabanda müstəqil dövlətimizin banisi, ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyduqdan sonra Sumqayıta yola düşüblər.

Şəhər rəhbərliyi və yerli ictimaiyyət tərəfindən hörmətlə qarşılanan yarış iştirakçıları buradakı Şəhidlər Xiyabanında olub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsinə ehtiramlarını bildirib, onların məzarı üstünə gül düzüblər. Polkovnik-leytenant Raquf Orucovun məzarı önünə əklil qoyulub. Anım mərasiminin iştirakçılarına igid zabit və onun döyüş yolu haqqında qısa məlumat verildikdən sonra şəhidlərin ruhuna dua oxunub.

Sumqayıtdan qayıdan idmançılar turnirin təşkilatçısı -  “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” klubunda yarışın Hakimlər Komitəsi üzvlərinin nəzarəti altında çəki qeydiyyatından keçiblər. 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil edilən turnirin seçmə mərhələsi sabah saat 10.00-dan Bakı İdman Sarayında başlanacaq. Saat 17.00-da isə turnirin rəsmi açılışı keçiriləcək. Sonra finala çıxan komandalar turnirin mükafatları uğrunda mübarizə aparacaqlar.

Tədbirdə dövlət və hökumət nümayəndələri, parlament üzvləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları, tanınmış idmançılar iştirak edəcəklər.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.