https://525.az/img/pics/medium/2024-04/310612_wmh02p1qw2.jpg Göydəki kişi bilər, ona min şükür...
https://525.az/img/pics/medium/2024-04/310543_yeq9t8hpxw.jpg Tanqo terapiyası nədir?
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Əbədi sevgi, yoxsa istək? - Əlisəfdər Hüseynov yazır
https://525.az/img/pics/medium/2021-10/205780_qmhg2lohsg.jpg FİFA-nın ikiüzlülüyü - Sosial şəbəkədə yazılanlar
search
19 Aprel 2024

Cocuq Mərcanlıda futbol layihəsi

Cocuq Mərcanlıda futbol layihəsi

AFFA-nın və Cəbrayıl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə aprelin 16-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

ONA-nın məlumatına görə, tədbirdə AFFA-nin birinci vitse-prezidenti, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatları Rauf Əliyevlə İlham Əliyev, Cəbrayıl rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Məstəliyev iştirak ediblər.

Layihənin rəhbəri R.Əliyev, millət vəkili İ.Əliyev və idman idarəsinin rəisi E.Məstəliyev çıxış edərək, layihənin əhəmiyyətindən bəhs ediblər. Layihə çərçivəsində uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.

Qeyd edək ki, 7-12 yaşlı oğlan və qızların iştirakını nəzərdə tutan bu layihənin əsas məqsədi uşaq futbolunun inkişafına köməklik göstərmək, uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzinin təbliğ etməkdir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.