../img/pics/medium/141952_kd1h2ldsgb.jpg Borc ver... - Günel Yazdan daha bir esse
../img/pics/medium/141951_5ah8mgddpx.jpg "Əsrin müqaviləsi"nin 25-ci ildönümünə həsr olunan seminar keçirilib
../img/pics/medium/141950_bpcjwc14qd.jpg "525-ci qəzet"in 18 sentyabr sayında nələr var? - ANONS
../img/pics/medium/141935_0bin9u97cg.jpg İlin sonunadək Türkiyə ilə e-imzaların qarşılıqlı tanınması təmin olunacaq
SON XƏBƏRLƏR
17 Sentyabr 2019
16 Sentyabr 2019

Allah vergisi... - Aydın Bağırov yazır

Allah vergisi... - <b style="color:red">Aydın Bağırov yazır </b>

Aydın BAĞIROV
[email protected]

Bəzən futboldan doyanda üz tutduğum başqa bir idman növü olur - peşəkar boks. Futbol qədər olmasa da, hər halda həm populyarlığına, həm də kommersiya gəlirlərinə görə peşəkar boksun döyüşləri tamaşaçıları özünə ən çox cəlb edən yarışlardandır. Və əlbəttə, bu idman növünün adı gələndə hamının gözünün qabağında birmənalı olaraq ilk əvvəl o canlanır - Məhəmməd Əli.

Məhəmməd Əli mənim ən çox rəğbət bəslədiyim, hətta ideallaşdırdığım yeganə idmançıdır. O dərəcədə ki, ara-sıra Feysbukda örtükə, "Whats app"ımda isə profilimə belə onun şəklini qoyuram və yaxın dostlara ordan zəng edəndə zarafatla deyirlər ki, Məhəmməd Əli zəng vurur :))

Onun barəsində daha çox ölümündən sonra (3 iyun, 2016) oxumağa başladım və bir çox halda heyrətimə səbəb olan məqamlara rast gəldim. Ən çox ona görə ki, 20 illik boksçu karyerasında başından yüzlərlə zərbə alan Əlinin beyini saat dəqiqliyi ilə işləyirdi. Bu, yəqin ki, hər adama, hər idmançıya nəsib olmayan Allah vergisi, lütfi idi. Məhəmməd Əli tək idmançı deyildi, həm də hazırcavablığı ilə xüsusən Amerika mediasını heyran edən usta bir natiq idi. 2001-ci ildə, Nyu-Yorkdakı qoşa binalara təyyarənin girməsi ilə bağlı bir yerli jurnalist onu təxribata çəkməyə cəhd etmiş və İslam dinini aşağılayan bu sualı vermişdi:

- 11 sentyabr terrorunu törədənlərlə eyni dini paylaşmaq necə bir hissdir?

Əlinin cavabı dahiyanə idi!

- Mənim nə hisslər keçirdiyimi bilmək istəyirsiniz? Siz Hitlerlə eyni dinə mənsub olmağınızla hansı hissi keçirirsinizsə, mən də onu keçirirəm!

Ümumiyyətlə, Əlinin İslama, Allaha sevgisi ilə bağlı yanaşması diqqət çəkir, bununla bağlı fikrini obrazlı və sərrast ifadə etməsi yaxşı mənada təəccüb doğururdu. "Allah məni bu xəstəliyə (parkinson - A.B.) ona görə düçar etdi ki, göstərsin: birinci sən deyilsən, mənəm!" - bunu da nə zamansa Əli demişdi.

Onu bütün başqa idmançılardan fərqləndirən bir xüsusiyyəti də vardı. Özü peşəkar boksun əfsanəsi olsa da, hər zaman idmanda zorakılıqlara (gözünüzün önünə qaydasız döyüş gəlsin) qarşı idi və bununla bağlı həmişə fikirlərini bildirərdi. Aşağıda təqdim etdiyim də elə həmin fikirlərdən biridi. Bu günlə yüzdəyüz səsləşir. İdman adıyla insan qanından milyonlar qazananlara aiddir:

"Ceyms Ellis mənimlə döyüşdən sonra kritik vəziyyətdəydi. Mənə görə, əgər boksçu döyüşü davam etdirə bilməyib uduzursa və kanata yıxılırsa, daha onu var qüvvə ilə vurmaq lazım deyil. Ellis mənim dostum idi. Onun ailəsi var və o da yaşamaq istəyir. Yalnız dava barədə düşünmək axmaqlıq olardı. Bəzən özüm də başqalarının döyüşünə baxıram və onda bir anlıq düşünürəm ki, yəqin mən də axmağam. Bütün bunlar xoruz döyüşünə bənzəyir. Döyüşçülər bir-birini tanımır və bir-birini öldürməyə hazırdılar. Onlar qan axıdırlar, bir-birilərinə elə zərbələr endirirlər ki... Bu qəzəb hardandı? Kimə və niyə bu qədər əsəbiləşməlisən? Amma ətrafda insanlar var axı. Bir qismi qışqırır: "O güclüdür!" Digərləri isə deyir, "yox, o birisi güclüdür". Və sonra hamısı bir ağızdan deyir: "Hə, məhv elə onu!" Onlar döyüşməyə başlayırlar. İnsanlar isə bu zaman isti yerlərində yayxanıb pivə içə-içə "ha-ha-ha" edib şaqqanaq çəkirlər. Biz isə döyüşürük. Artıq burundan qan açılıb, göz partlayıb, dişlər qırılıb, beyin silkələnməsi var. Bunlar nəyə görə edilir? Yalnız insan adlandırılanların həzz alması üçün! Bu, vəhşilikdir! Belə şeyləri görəndə özümə söz verdim ki, heç vaxt bu cür döyüşmərəm. Mən rinqdə yaxşı olacağam, rəqs edəcəyəm, qələbəni zorakılıqla deyil, xalla qazanacağam. Floyd Patterson, Çorc Çuvalo, Karl Mildenberqer və Henri Kuperlə görüşdə belə olmuşdu. Görəndə ki, onun qaşından qan fontan kimi açılıb, özüm bilərəkdən onu uzaqlaşdırdım. Axı, onun ailəsi, uşağı var. Kanatdan ümidsizcəsinə sallanan insanın döyülməsini başa düşə bilmirəm. Köməksiz halda olan birinə zərbə vura bilmərəm. Mən belə etmirəm!"

Və heç vaxt etmədi də.

Çünki o, təkcə bir boksçu və döyüşçü deyildi, insanlığı, ədaləti bilən bir böyük şəxsiyyət idi.


 
MÜƏLLİFİN DİGƏR YAZILARI
“Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov “Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov
Kiprdəki oyundan iki gün sonra Rəşad Sadıqova telefon söhbətimdə deyəndə ki, sizə uduzduqdan sonra APOEL baş məşqçisini istefaya göndərib və yerinə də bir zamanlar “Borussiya” Dortmundu çalışdıran...
14.08.19
Bizim “Çelsi”... - Aydın Bağırov yazır Bizim “Çelsi”... - Aydın Bağırov yazır
“Arsenal”la “Qarabağ”ın Londonda keçirilən oyunun sonlarında yaşanan təxribat yadınızda qalıb? Bir erməni gənc Dağlıq Qarabağın separatçı rejiminin “bayrağı” ilə meydana daxil olaraq, onu açmağa...
27.05.19
UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır
Son günlər Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar mediadakı siyasi müzakirələrdə bir neçə fakt qarşıma çıxmadığı üçün bu məsələyə toxunmalı olacam. Belə görünür ki,...
13.05.19
"Qarabağ"ın Anayasası - Aydın Bağırov yazır
2004-cü ilin ortalarında Tahir Gözəlin iştirakı ilə "Qarabağ" rəhbərliyinin keçirdiyi mətbuat konfransında maraqlı bir hadisə yaşandı....
12.05.19
Bakı finalına 30 min azarkeş gəlir Bakı finalına 30 min azarkeş gəlir
Avroliqanın Bakı finalında (29 may) böyük ehtimalla "Arsenal" və "Çelsi" üz-üzə gələcək. Yəni London derbisi bu dəfə Azərbaycan paytaxtında olacaq. ...
05.05.19
"Ayaks" və biz - Aydın Bağırov yazır
Əvvəlcə bu adlara diqqətlə fikir verək. Coel Veltman 27 yaş, Deyli Blind 29 yaş, Nussair Mazraui 21 yaş, Donni van de Bek 22 yaş və nəhayət, Matteys de Liqt - cəmi 19 yaş və kapitan! ...
19.04.19
Qurban Qurbanov getməlidimi?.. Qurban Qurbanov getməlidimi?..
Danışıb tənqid etdik, tənqid etməkdə də davam edirik. Haqlı o qədər məqam var ki... Niyə bu vəziyyətə düşdü "Qarabağ"? Günahkar axtarırıqsa, uzaq məsafədən uşaqcasına qol buraxan qapıçı da...
30.11.18
Maltadan Bakıya qayıdanda... Maltadan Bakıya qayıdanda...
Millimizlə 1:1-lik heç-heçədən sonra Malta millisinin baş məşqçisi Rey Farruciya mətbuat konfransına sevinclə elə daxil oldu ki, sanki onlar bizim timsalımızda zəif komandadan deyil, az əvvəl son dünya...
11.09.18
Dani Kintananın əsaları Dani Kintananın əsaları
Elə ki, hakim oyunun bitdiyini elan etdi, o, oturduğu texniki zonadan qalxaraq hamı kimi meydana - komanda yoldaşlarının üzərinə yürüyüb "Qarabağ"ın Avroliqanın qrupuna düşməsinin sevincini qeyd etmək...
31.08.18
“Qarabağ”a nə olub? “Qarabağ”a nə olub?
Bu sualın cavabına keçməzdən öncə diqqəti üzücü bir statistikaya yönəltmək istərdim. Qurban Qurbanovun rəhbərliyi altında 2009/10 mövsümündən başlayaraq “Qarabağ” qatıldığı 11 avrokubok...
26.08.18
Cənubi koreyalılar haqda... Cənubi koreyalılar haqda...
Moksvanın mərkəzindəki lüks restoranlardan birindəyik. İyunun 13-dü. Bu gözəl məkanda bizi “KİA Motors” şirkətinin nümayəndələri qarşılayır. Və elə bu qarşılanma mənim fikrimi bir anlıq da olsa...
16.07.18
Vicdan məsələsi Vicdan məsələsi
Əvvəl komandası “Qarabağ” Sloveniyada “Olimpiya” ilə qarşılaşır, ertəsi səhər tezdən təyyarə onları Bakıya gətirir. Oyunun və səfərin yorğunluğu bir-birinə qarışıb. Bu vəziyyətdə, adətən,...
13.07.18
Moskva küçələrindən qeydlər Moskva küçələrindən qeydlər
Əvvəl pasportumu, dünya çempionatı üçün sənədlərimi, sonra məni diqqətlə nəzərdən keçirəndən sonra heç nə olmamış kimi sakit şəkildə deyir: ...
16.06.18
Futbolu ləkələyən qumarbazlar haqda Futbolu ləkələyən qumarbazlar haqda
Oxucuların yadında olar. Bir müddət əvvəl Zlatan İbrahimoviç Rusiyadakı dünya çempionatında oynamaq istədiyini deyəndə FİFA elə titrədi ki, elə bil bunlara neçə min voltluqsa tok qoşublar....
03.05.18
"Roma"nın oyununda: əvvəl və sonra
Sonrasında italyanların xarizmatik baş məşqçisi Eysebio di Françeskoya bizim "Qarabağ"la bağlı sual ünvanlamışdım. Mətbuat konfransının keçirildiyi zala girəndən uşaq kimi ancaq gülən (deyəsən,...
11.04.18
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.