../img/pics/medium/137014_a90pjqtgp1.jpg Ümumdünya Qaçqınlar günü ilə bağlı tədbir keçirildi
../img/pics/medium/137002_xd5tlf04ni.jpg Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib
../img/pics/medium/137001_sd7f1ovgei.jpg “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib
../img/pics/medium/137000_4xct04yapb.jpg Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib
SON XƏBƏRLƏR
20 İyun 2019

"Qəbələ"nin yeni prezidentinin adı açıqlandı

"Qəbələ"nin yeni prezidentinin adı açıqlandı <b style="color:red"></b>

"Qəbələ" İdman Klubunun yeni prezidentinin adına aydınlıq gəlib.

Klubdan verilən məlumata görə, Tale Heydərovun prezident vəzifəsindən istefasından sonra bu posta Fariz Nəcəfov təyin olunub.

Bildirilir ki, sabiq prezident tərəfindən 2008-ci ildə kluba vitse-prezident vəzifəsinə təyin olunmuş Nəcəfovun rəhbərliyi altında bundan sonra da klubun məqsədi “Qəbələ” Futbol Akademiyasının inkişafı və Avropa turnirlərində uğurlu çıxış planını davam etdirməkdir.

Yeni prezident Fariz Nəcəfov təyinatla bağlı bunları deyib: "Qəbələ" İdman Klubunun prezidenti olmaq mənim üçün böyük şərəfdir. Mən Tale Heydərovun başladığı və uzun illər ərzində yüksək səviyyəyə qaldırdığı işi layiqli şəkildə davam etdirməyə çalışacağam. Tale müəllim hər zaman klubun gələcəyinə böyük diqqət ayırıb və mən də akademiyamızda gələcəyin çempionlarının yetişməsi üçün əlimdən gələni edəcəyəm. Onun rəhbərliyi altında klubumuz tək futbolda deyil, digər idman növlərində də böyük uğurlar əldə edib".

Fariz Nəcəfovun prezident postuna təyin olunması ilə bağlı Tale Heydərov isə bunları deyib: "Mənim üçün getmək zamanı gəlmişdi və Fariz Nəcəfovun yeni prezident olmağını açıqlamaqdan məmnunluq duyuram. 13 il ərzində klubun inkişafını görmək möhtəşəm idi və buna görə bir daha klubun kollektivinə, futbolçulara və azarkeşlərə təşəkkür edirəm. Bilirəm ki, onlar daha da irəli gedəcəklər".


 
Bölmənin digər xəbərləri
Klublarımızın 2-ci mərhələdəki potensial rəqibləri müəyyənləşdi - Avroliqa Klublarımızın 2-ci mərhələdəki potensial rəqibləri müəyyənləşdi - Avroliqa
Bu gün “Qəbələ”nin Avropa Liqasının ikinci təsnifat mərhələsindəki ilk rəqibi müəyyənləşib....
19.06.19
"Qarabağ"ın 2-ci mərhələdəki rəqibi də bilindi
Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb....
19.06.19
Mişel Platini ifadə verdikdən sonra azadlığa buraxılıb Mişel Platini ifadə verdikdən sonra azadlığa buraxılıb
UEFA-nın sabiq prezidenti Mişel Platini azadlığa buraxılıb. ...
19.06.19
Platini həbs olundu Platini həbs olundu
UEFA-nın sabiq prezidenti Mişel Platini həbs olunub. ...
18.06.19
“Judo Club 2012”nin karateçiləri yeni sınaq qarşısında - Foto “Judo Club 2012”nin karateçiləri yeni sınaq qarşısında - Foto
İyunun 14-16-da Qazaxıstanın paytaxtı Astanada karate (WKF) üzrə “Qazaxıstan Open” turniri keçirilib. ...
18.06.19
"Qarabağ"ın potensial rəqibləri 5-ə düşdü
Son Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının (ÇL) birinci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə düşüb....
18.06.19
Qubada yeni futbol stadionu tikiləcək Qubada yeni futbol stadionu tikiləcək
"Qubanın təsdiq olunmuş yeni baş planına əsasən, rayonda futbol stadionunun tikilməsi planlaşdırılır. Həmçinin 72 hektar təsərrüfat sahəsinin təyinatı dəyişdirilərək həyətyanı torpaq üçün...
12.06.19
Millimiz darmadağın oldu Millimiz darmadağın oldu
Milli komandamız bu gün Avro-2020-nin seçmə mərhələsində 3-cü oyununa çıxıb. ...
11.06.19
Azərbaycan UEFA Avropa Liqasının finalından nə qədər gəlir əldə edib? Azərbaycan UEFA Avropa Liqasının finalından nə qədər gəlir əldə edib?
Dünyada böyük nüfuza sahib futbol turnirlərindən olan UEFA Avropa liqasının 2019-cu il 29 may tarixində Bakı şəhərində keçirilən final oyunu nəticəsində Azərbaycana birbaşa nağd şəkildə təxminən 175...
11.06.19
Azad Rəhimov: “Oyunlara demək olar ki, tam hazırıq” Azad Rəhimov: “Oyunlara demək olar ki, tam hazırıq”
Bu gün Milli Olimpiya Komitəsində iyul 21-də Bakıda başlayacaq XV Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq işləri ilə bağlı Əlaqələndirmə Komissiyasının sonuncu toplantısı keçirilib. ...
11.06.19
Millimiz Macarıstana uduzdu Millimiz Macarıstana uduzdu
Bu gün Avro-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçirilir. ...
08.06.19
Bakıda Ümumdünya Velosiped günü - Fotolar Bakıda Ümumdünya Velosiped günü - Fotolar
3 iyun – Ümumdünya Velosiped Günü ilə əlaqədar Bakıda daha bir velosiped yürüşü təşkil edilib. ...
08.06.19
Dünyanın ən çox qazanan 10 idmançısı - Siyahı Dünyanın ən çox qazanan 10 idmançısı - Siyahı
Dünyanın ən yüksək ödənişli idmançılarının siyahısı açıqlanıb. ...
07.06.19
UEFA Bakı Olimpiya Stadionunu UEFA Bakı Olimpiya Stadionunu "Elit stadionlar" siyahısına daxil etdi
Bakı Olimpiya Stadionu UEFA-nın "Elit stadionlar"siyahısına daxil edilib. ...
05.06.19
“Liverpul”un azarkeşi Madriddə itkin düşdü “Liverpul”un azarkeşi Madriddə itkin düşdü
Çempionlar Liqasının Madriddə keçirilən “Liverpul” - “Tottenhem” finalından sonra bir azarkeş itkin düşüb....
03.06.19
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.