Azərbaycanda çoxsaylı insan itkisi ilə nəticələnən yol qəzaları davam edir.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 11 nəfər yaralanıb.
Yol qəzalarının böyük əksəriyyəti sürət həddinin aşılması nəticəsində meydana gəlib.