https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
https://525.az/img/pics/medium/2024-03/308247_oo9k2t4ndt.jpg Prezident Rəşad Məcidi təltif etdi
https://525.az/img/pics/medium/2024-03/308179_uqkco4683w.jpg Beynəlxalq və milli səviyyədə qeyd edilən Elm Günü
search
28 Mart 2024

Bakı finalına 30 min azarkeş gəlir

PİVƏSEVƏR İNGİLİSLƏR DAHA ÇOX OLACAQ

Bakı finalına 30 min azarkeş gəlir

Aydın BAĞIROV
[email protected]

Avroliqanın Bakı finalında (29 may) böyük ehtimalla "Arsenal" və "Çelsi" üz-üzə gələcək. Yəni London derbisi bu dəfə Azərbaycan paytaxtında olacaq.

Bu yazıda futbol tərəfinə toxunmayacam. Gəlirəm işin  o tərəfinə ki, mayın 27-30-u arası Bakı və Azərbaycan tarixində heç vaxt olmadığı qədər - bir futbol matçına görə ən azı 30 min əcnəbini qonaq edəcək (beləliklə, şəhərimizdə bir neçə günlük də olsa, avropalı turistlər ərəbləri xeyli üstələmiş olacaq).

Bu, UEFA-nın keçirdiyi yarışların təkcə idman deyil, həm də iqtisadi baxımdan nə qədər mühüm əhəmiyyət daşıdığını növbəti dəfə təsdiqləyən faktdı. Mən AFFA-nın fəaliyyətini daim və hesab edirəm ki, haqlı olaraq tənqid edən azsaylı jurnalistlərdənəm, amma etiraf edim ki, Avroliqanın finalının, eləcə də "Avro-2020"nin 4 oyunun Bakıya salınması federasiyanın 27 illik fəaliyyətinin ən uğurlu nailiyyətidir. Və qarşıdakı bir futbol matçından udan daha çox Azərbaycanın iqtisadiyyatı, sahibkarlar və vergi sistemi olacaq.

Aprelin 30-u AFFA-nın yaydığı rəsmi açıqlamaya görə, UEFA-nın onlayn satışa çıxardığı 21 min 500 ədəd bilet məhz 100-dən artıq müxtəlif xarici ölkənin vətəndaşları tərəfindən alınıb. Üstəgəl 12+4 min bilet iki finalçı komandanın azarkeşləri üçün ayrılıb (hər bir finalçı üçün 6 min bilet nəzərdə tutulub, finalçıların istəyinə uyğun olaraq hər biri üçün daha 2 min bilet əlavə oluna bilər). Bu yerdə Avropa Liqasının final matçına gələcək əcnəbi vətəndaşlar üçün viza prosedurlarının sadələşdirilməsi barədə Azərbaycan Prezidentinin bu ilin martında imzaladığı sərəncam xüsusi müsbət məqamlardan biri kimi qeyd olunmalıdır.

Mənə indi başqa bir məsələ maraqlıdı. Görəsən, Bakıdakı otellərin, hostellərin azı 2 gündə bu qədər turisti qəbul etməyə imkanı varmı? Bildiyimə görə, mayın 29-u və öncəki günləri paytaxtdakı bir çox otellərdə nömrələr bir müddət əvvəldən rezerv olunub.

İndi gələk məsələnin rəngarəng tərəfinə :))

Əgər finala ingilislər çıxacaqsa, o zaman mayın 28-29-u günü paytaxt küçələrində yaşanacaq şoulara hazır olmaq lazımdı. Düzdü, mümkündür ki, finalçı komandalardan bir alman, yaxud ispan olsun. Və ya elə hər iki finalçı bu ölkələri təmsil etsin. Amma yuxarıda qeyd etdiyim kimi, ilk yarımfinal oyunları ("Arsenal" - "Valensiya" - 3:1, "Ayntraxt" - "Çelsi" - 1:1) Bakı finalında iki ingilis klubunun qarşılaşacağı ehtimalını daha da artırır. Bəs, ingilislər Bakıda nə edəcəklər?

Ucadan danışıb-güləcəklər, yeyib-içəcəklər, həmin günlər Bakının mərkəzi küçələrini pivə qoxusu bürüyəcək. Bu günlərdə AFFA-nın baş katibi Elxan Məmmədov rus jurnalistlərə yarızarafat, yarıciddi söyləyib ki, final üçün ayrılan 7 milyonluq xərci təkcə pivə satışından çıxarmaq mümkün olacaq. Həqiqətən də ingilislər pivəni sevən xalqdı. Pivə içdikdən sonra oynayıb-oxuyacaqları gözləniləndi. Amma bir qrup ingilis azarkeşinin ənənəvi olaraq öz aralarında (çünki rəqib, indiki proqnoza görə, iki ingilis klubu olacaq) dava salmaq ehtimalı daha yüksəkdi. Lakin 2 gün öncə Azərbaycan Daxili İşlər Nazirliyinin rəsmisinin verdiyi açıqlamada qeyd olunduğu kimi, bizim hüquq-mühafizə orqanlarının həmişə kimi, bu yarışın da təhlükəsizliyini yüksək səviyyədə təmin edəcəyinə şübhəm yoxdu.

Beləliklə, mayın 25-dən sonra günləri və 29-u gününü gözləyək. Həqiqətən Bakıda böyük bir futbol bayramı olacaq.

Müəllifin digər yazıları
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.