Mayın 20-si, saat 15:00-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında şair Qəşəm Nəcəfzadənin 60 illik yubileyi qeyd olunacaq.
Tədbirdə şairin və aktyorların ifasında yubilyarin şeirləri səslənəcək, haqqında film və şeirlərinə çəkilmiş kliplər nümayiş olanacaq, hekayələri əsasında kiçik tamaşalar göstəriləcək.
Müğənnilər Flora Kərimova, Niyaməddin Musayev və Elxan Şirinov gecəyə rəng qatacaqlar.