|
|
|
|
DOST konsepsiyası təkcə DOST mərkəzlərinə əyani müraciət edənlərə yox, həm də müxtəlif həssas kateqoriyalara aid şəxslərə səyyar xidmətlərin göstərilməsini nəzərdə tutur.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, DOST mərkəzinin onlayn xidmətlər bazası da mütəmadi olaraq genişləndiriləcək.
DOST konsepsiyası üzrə yol xəritəsində DOST mərkəzlərində göstəriləcək 126 xidmətin 91-nin elektronlaşması nəzərdə tutulub. DOST layihəsinin icrasına başlanıldığı ötən 9 ayda bu xidmətlərdən 20-dən çoxu elektronlaşdırılıb. Növbəti iki ildə digərlərinin də elektronlaşdırılması təmin olunacaq, nəticədə onlayn platformada geniş DOST xidmətləri sistemi qurulacaq.
Qeyd edək ki, gələn ildən respublikamızın regionlarında da DOST mərkəzləri şəbəkəsinin qurulmasına başlanacaq.
CEYHUN