Bu gün axşam saatlarında Qusarın Ləzə kəndində torpaq sürüşməsi olub.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə nəticəsinə böyük palçıq kütləsi kəndə doğru gəlməyə başlayıb.
Kənd sakini Mövlud Əzizovun APA-ya verdiyi məlumata görə, yerli təsərrüfata ziyan dəyib.
Hazırda hadisə yerində texnikalar işləyir.
Kənd sakinləri palçıq axınının evlərə doğru hərəkət etmək təhlükəsi olduğunu bildiriblər.