Azərbaycana səfəri çərçivəsində İspaniya xarici işlər nazirinin müavini Fernando Martin Valensuela Marso Xocalı abidəsini ziyarət edib.
APA-nın xəbərinə görə, ziyarət zamanı nazir müavininə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı faciəsi barədə məlumat verilib.
Qeyd edək ki, nazir müavini bu gün həmçinin, Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb.