|
|
|
|
Türkiyə təhlükəsizlik qüvvələrinin ölkənin Bitlis bölgəsində həyata keçirdiyi antiterror əməliyyatında daha bir təhlükəli terrorçu məhv edilib.
Bu haqda Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir.
Əməliyyat zamanı öldürülən "Ali Piling" ləqəbli Şerif Yakut Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olub.
Ş.Yakutun ələ keçirilməsi üçün hökuməti 4 milyon lirə (təxminən 700 min ABŞ dolları) pul mükafatı ayırmışdı.
O, Diyarbəkir, Batman, Bitlis, Muş, Elazığ ve Bingöl bölgələrində bir sıra terror aktlarının törədilməsi üçün təlimatlar verib.