Bakıda təmir-tikinti işlərinin aparılması ilə əlaqədar daha iki yol bağlanıb.
525.az-ın Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, Həsən bəy Zərdabi prospektində, 20 Yanvar dairəsindən Əsəd Əhmədov küçəsi kəsişməsinə kimi Qələbə dairəsi istiqamətində olan hərəkət hissəsində təmir-tikinti işlərinin aparılması ilə əlaqədar olaraq yol bağlanıb.
Həsən Əliyev küçəsi (Atatürk pr. istiqamətində) Azadlıq prospekti kəsişməsindən Ceyhun Hacıbəyli küçəsi kəsişməsinə kimi təmir-tikinti işləri ilə əlaqədar bağlıdır.
Hər iki yolun əks hərəkət hissəsi 2 istiqamətli olub.