Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə təkrar seçkilərin nəticələri ilə əlaqədar münasibət bildirib və nəticələri müsbət qiymətləndirib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə o, "Twitter" səhifəsində açıqlama yayıb.
CHP lideri “Hər şey çox gözəl olacaq demişdik və hər şey çox gözəl oldu” - deyə, seçkinin nəticələrini qısaca olaraq dəyərləndirib.