“Minsk şəhərində keçirilən II Avropa Oyunlarının təşkilati məsələləri normaldır. Açılış mərasimi normal şəkildə oldu”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
Qurum rəsmisi Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları barədə fikirlərini açıqlayıb: “İdmançılar üçün hər cür şərait var. İdman qurğuları çox yüksək səviyyədədir. Hesab edirəm ki, uğurlu Oyunlar olacaq”.