Şirməmməd Hüseynovla vida mərasiminin yeri dəyişdirilib.
APA xəbər verir ki, mərasim bu gün, saat 13:00-da Bakı Dövlət Universitetində keçiriləcək.
Xatırladaq ki, onun nəvəsi Toğrul Əliyev mərhumla vida mərasiminin iyunun 25-i, saat 13:00-da Təzəpir məscidində keçiriləcəyini demişdi.
Ş.Hüseynovun dəfn ediləcəyi yer hələlik dəqiqləşdirilməyib.