https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
https://525.az/img/pics/medium/2024-04/310544_k4ade02sjo.jpg Estetik əməliyyatlara maraq niyə artır?
https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
https://525.az/img/pics/medium/2024-04/310612_wmh02p1qw2.jpg Göydəki kişi bilər, ona min şükür...
search
19 Aprel 2024

Rafael Ağayev: Gələcəkdə daha böyük uğurlar qazanacağıma əminəm

Rafael Ağayev: Gələcəkdə daha böyük uğurlar qazanacağıma əminəm

Avropa Oyunlarına gedəcəyim sual altında idi. Buna baxmayaraq, bir neçə günlük məşqlərdən sonra komandanın həkimlərinin razılığını aldım. Qrupdakı rəqiblərim gənc və güclü idilər. Lakin qrupdan birinci olaraq növbəti mərhələyə yüksəldim.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Belarusun paytaxtı Minskdə keçirilən ikinci Avropa Oyunlarında sonra Vətənə dönən karateçimiz Rafael Ağayev AZƏRTAC-a verdiyi eksklüziv müsahibədə səsləndirib.

Azərbaycana gümüş medal qazandıran təcrübəli idmançı deyib: “Gümüş medal qazanmağımı zədələrimlə bəhanə etmək istəmirəm. Sadəcə olaraq demək istəyirəm ki, finalda hakimlər nədənsə iki xalımı görmədilər. Amma bu, mənim üçün bir təcrübə oldu. Bundan sonra daha da səylə çalışacağam. Karate Olimpiya idman növü olandan sonra burada qalib gəlmək daha da çətinləşib. Rafael qocalmayıb, mən özümü hələ cavan hiss edirəm və düşünürəm ki, Azərbaycana daha çox medal qazandırmaq şansım var”.

Gələcək planları haqqında da danışan Rafael Ağayev deyib: “Növbəti hədəfim “Tokio 2020”də qalib gəlməkdir. Hazırda bir neçə zədəm var, onları sağaldıb gələcəkdə daha böyük uğurlar qazanacağıma əminəm”.

 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.