|
|
|
|
İraqın şimalındakı PKK terror qruplaşmasına qarşı həyata keçirilən "Pençe-3" əməliyyatı zamanı üç türk əsgəri həlak olub, daha yeddi nəfər yaralanıb.
Trend-in Türkiyənin Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, yaralılar xəstəxanalara çatdırılıb. Bölgədə əməliyyat davam edir.
Xatırladaq ki, mayın 27-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda "Pənçə" (Pəncə) adı alan irimiqyaslı əməliyyata başlayıblar.