../img/pics/medium/146552_c9gib30sat.jpg Bu şənbə "525-ci qəzet"də - ANONS
../img/pics/medium/146542_pi7ti5j7lx.jpg Futbol tariximizin böyük adamı - Şövkət Orduxanov
../img/pics/medium/146535_pd1oyy1ymc.jpg "YUĞ"çuların zamanda səyahəti - Şahanə Müşfiqin reportajı
../img/pics/medium/146532_dng88jgefv.jpg İki dünya astanasında - Fidan Malikdən daha bir esse
SON XƏBƏRLƏR
6 Dekabr 2019
5 Dekabr 2019

Qurban Qurbanovdan nikbin açıqlamalar: “Yaxşı nəticə əldə edə bilərik”

Qurban Qurbanovdan nikbin açıqlamalar: “Yaxşı nəticə əldə edə bilərik”<b style="color:red"></b>

"Belə bir komandanın Bakıya gəlməsi, bütün Azərbaycan futbolu üçün sevindiricidir. Azarkeşlər bir ilə yaxın idi ki, bu cür kluba qarşı canlı oyun izləmirdilər. Düşünürəm ki, sabah meydanda güclü kollektiv görəcəyik. Sona qədər mübarizə aparacağıq”.
 
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin ilk turunda sabah Bakıda "Sevilya" ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

- “Atletiko”dan sonra “Sevilya”dan da ən azı bir xal almaq mümkündürmü?

- “Sevilya” Çempionlar Liqasının qrupunda oynamağa layiq komandadır. Amma evdə oynayacağıq. Düşündüyümüz oyunu göstərə bilsək, yaxşı nəticə də əldə edə bilərik. Rəqiblə layiqli mübarizə aparmağa çalışacağıq.

- Zədəli futbolçunuz Mahir Emrelinin son durumu necədir?

- Yaxşı deyil. Böyük ehtimalla, oyunu buraxacaq.

- İspaniyalı futbolçularınızdan rəqib barədə hər hansı məlumat almısınızmı?

- Heç bir məlumat almamışam. Düşünürəm ki, buna ehtiyac da yoxdur. Rəqibi yaxşı tanıyırıq.

- Rəqibin baş məşqçisi Xulen Lopeteqini nə qədər tanıyırsınız və onun məşqçilik metodu barədə nə deyə bilərsiniz? "Sevilya"nın heyətində hansı futbolçuları fərqləndirə bilərsiniz?

- Xüsusi tanışlığım yoxdur. Ancaq “Real”da, İspaniya millisində işləməsi hər şeydən xəbər verir. Əsl ispan futbolu tələb edən məşqçidir. Mənim də İspaniya futboluna marağım böyükdür. Ən çox izlədiyim çempionat La Liqa, milli komanda isə İspaniyadır. Heyətlərini saysam, gərək hamısının adını çəkim.   Bilmirəm hansını deyim. Sabah layiqli mübarizə aparacağıq və çalışacağıq ki, azarkeşlərimiz ən azı oyunumuzdan razı qalsın.

- “Sevilya” rəsmiləri və futbolçuları açıqlamalarında “Atletiko” ilə heç-heçələrinizi qabardırlar. "Sevilya" artıq sizə çətin rəqib gözü ilə baxır. Bu, sizin işinizi çətinləşdirməyəcək?

- Açıqlamalarından məlumdur ki, oyuna ciddi hazırlaşırlar. Ola bilər ki, həmin nəticə onları daha ciddi hazırlaşmağa vadar edib. İstənilən halda, inanmıram ki, hansısa komanda qrupda özünü rahat hiss etsin, ciddi hazırlaşmasın. Xüsusən də, İspaniya klubları. Futbolda son vaxtlar gözlənilməz nəticələr olur. Bu da iddialı klubları ciddi hazırlaşmağa məcbur edir. Rəqibin də sabah həddən artıq ciddi olacağını düşünürəm.


 
Bölmənin digər xəbərləri
Futbol tariximizin böyük adamı - Şövkət Orduxanov Futbol tariximizin böyük adamı - Şövkət Orduxanov
Azərbaycan futbolunun uğurlarından danışanda ilk olaraq "Neftçi"nin 1966-cı ildə SSRİ çempionatında tutduğu 3-cü yer yada düşür. Əlbəttə, bu uğurun ən böyük memarları futbolçular və baş...
06.12.19
Şenol Günəş Bakıya gəldi Şenol Günəş Bakıya gəldi
Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş Bakıya gəlib. ...
05.12.19
Britaniyalı jurnalistlə Qarabağ söhbəti Britaniyalı jurnalistlə Qarabağ söhbəti
Böyük Britaniyanın məşhur "The Independent" qəzetinin jurnalisti Robert O'Konnor "Qarabağ" komandasına həsr olunan kitab hazırlayır. ...
03.12.19
Messi 6-cı dəfə Messi 6-cı dəfə "Qızıl top"u qazandı
İlin ən yaxşı futbolçusu üçün təsis olunan “Qızıl top” mükafatının sahibi müəyyənləşib. ...
03.12.19
Heydər Əliyevin anım gününə həsr olunmuş cüdo turniri Heydər Əliyevin anım gününə həsr olunmuş cüdo turniri
"Judo Club 2012" Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə ənənəvi klub birinciliyi keçirib. ...
02.12.19
“Judo Club 2012”nin uğur estafeti davam edir “Judo Club 2012”nin uğur estafeti davam edir
Paytaxtın ən müasir idman təsisatlarından olan “Judo Club 2012”nin yetirmələri ölkədaxili yarışlarda uğurlu çıxışlarını davam etdirirlər. ...
27.11.19
Ruslan Əfəndiyevin tələbələri Azərbaycanın MMA tarixini yazmağa davam edirlər Ruslan Əfəndiyevin tələbələri Azərbaycanın MMA tarixini yazmağa davam edirlər
Dünyaca tanınmış MMA məşqçilərindən olan Ruslan Əfəndiyevin tələbələri ardıcıl qələbəriylə həm ölkəmizi sevindirir həm də UFC, Bellator, Rizin, ACA kimi təşkilatların menecerlərinin diqqətini...
22.11.19
Ronaldo “Yuventus”dan gedir Ronaldo “Yuventus”dan gedir
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo mövsümün sonunda klubunu dəyişə bilər. ...
21.11.19
Mourinyo “Tottenhem”in baş məşqçisi oldu Mourinyo “Tottenhem”in baş məşqçisi oldu
İngiltərənin “Tottenhem” klubunun yeni baş məşqçisi müəyyənləşib. ...
20.11.19
Azərbaycanlı MMA döyüşçüsü “Bellator”da Azərbaycanlı MMA döyüşçüsü “Bellator”da
Noyabrın 14-də Azərbaycanın məşhur MMA (Qaydasız döyüş) döyüşçülərindən olan Vüqar Kərəmov dünyanın ən nüfüzlu təşkilatlarından olan “Bellator”da karyerasının 16-cı peşəkar qarşılaşmasına...
12.11.19
AVRO-2020-nin rəsmi topu təqdim edildi AVRO-2020-nin rəsmi topu təqdim edildi
AVRO-2020-nin rəsmi topunun təqdimat mərasimi keçirilib....
07.11.19
AVRO-2020-nin final mərhələsinin oyunlarını AzTV və İTV yayımlayacaq AVRO-2020-nin final mərhələsinin oyunlarını AzTV və İTV yayımlayacaq
İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyəti 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin rəsmi...
05.11.19
Azərbaycan yığması Şahmat Olimpiadasının qalibi oldu Azərbaycan yığması Şahmat Olimpiadasının qalibi oldu
16 yaşadək şahmatçılardan ibarət Azərbaycan yığması Türkiyədə keçirilən Olimpiadanın qalibi adını qazanıb. ...
05.11.19
Avropa çempionatında 7 medal - karateçilərimizin növbəti uğuru Avropa çempionatında 7 medal - karateçilərimizin növbəti uğuru
Noyabrın 1-2-də Macarıstanın Monor şəhərində Vado-kai karate üzrə 47-ci Avropa çempionatı keçirilib. 16 ölkədən 600-dən çox idmançının iştirak etdiyi yarışda Azərbaycan karateçiləri də qüvvələrini...
05.11.19
“Judo Club 2012”nin gənc cüdoçularının yeni uğurları “Judo Club 2012”nin gənc cüdoçularının yeni uğurları
Son illərdə respublikamızın idman həyatında fəallığı ilə diqqət çəkən “Judo Club 2012” öz uğurlarını davamlı olaraq artırır. Klubun yetirmələri həm ölkədaxili, həm də beynəlxalq yarışlarda...
05.11.19
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.