|
|
|
|
Sentyabrın 22-də Nyu-York şəhərində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən məlumata görə, ertəsi gün, 23 sentyabrda E.Məmmədyarov və Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.