Ukraynada yaşayan azərbaycanlı müğənni Cəfər Behbudov vəfat edib.
Modern.az xəbər verir ki, müğənni sentyabrın 26-da səhər saatlarında Ukraynada dünyasını dəyişib.
Cəfər Behbudov Azərbaycanın dünya şöhrətli müğənnisi, mərhum Rəşid Behbudovun bacısı oğludur.
O, 90-cı illərin əvvəlində Azərbaycanı tərk edərək Ukraynada - Kiyev şəhərində köçmüşdü. O, vaxtilə Azərbaycan estradasının ən parlaq ulduzlarından sayılırdı.
Ükrayna mədəni həyatında fəal iştrak edən Cəfər Behbudov ömrünün son illərundə qapalı həyat sürürdü.