"Qarşıdan gələn qış aylarında ölkə ərazisindəki bütün təhsil müəssisələrinin istiliklə tam təmin olunacağını və problemlərin həll olunacağını demək olmaz".
525.az-ın məlumatına görə, bunu jurnalistlərə acıqlamasında təhsil Naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, ölkədə 4500-dən çox məktəb, çoxlu sayda uşaq bağçaları, ali məktəblər var:
“Bu müəssisələrdə istiliklə bağlı problemlər hər il aradan qaldırılır. Çünki rayonlara, kəndlərə qaz xətti çəkilir və qazlaşdırılan ərazilərdə istiliklə bağlı problemlər həll olunur. Ancaq qazlaşlaşdırılmamış ərazilərdə istilik problemi ola bilər”.
S.QARAYEVA