SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin rəhbəri tutduğu vəzifədən azad olunub.
"Azəriqaz" İB-dən "APA-Economics"ə verilən məlumata görə, "Azəriqaz"ın baş direktoru Əkbər Hacıyev tutduğu vəzifədən azad edilib. "Azəriqaz"ın baş direktoru vəzifəsinə İB-nin baş direktorunun müavini Ruslan Əliyev təyin olunub.
İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev isə Qaz İxrac İdarəsinin rəisi vəzifəsinə təyin olunub.