https://525.az/img/pics/medium/2024-03/308247_oo9k2t4ndt.jpg Prezident Rəşad Məcidi təltif etdi
https://525.az/img/pics/medium/2024-03/308179_uqkco4683w.jpg Beynəlxalq və milli səviyyədə qeyd edilən Elm Günü
https://525.az/img/pics/medium/2024-03/308184_qvwzs8uhve.jpg Sinan Səid
https://525.az/img/pics/medium/2024-03/308239_xq8r14gjca.jpg DTX - təhlükəsizliyimizin keşikçisi və qürur yerimiz 
search
28 Mart 2024

“Judo Club 2012”nin gənc cüdoçularının yeni uğurları

“Judo Club 2012”nin gənc cüdoçularının yeni uğurları

Son illərdə respublikamızın idman həyatında fəallığı ilə diqqət çəkən “Judo Club 2012” öz uğurlarını davamlı olaraq artırır. Klubun yetirmələri həm ölkədaxili, həm də beynəlxalq yarışlarda uğurla çıxış edərək parlaq qələbələr qazanırlar.

Bu yaxınlarda klubun gənc cüdoçuları iki mötəbər beynəlxalq yarışdan Vətənə yüksək mükafatlarla qayıdıblar. Belə ki, klubun yetirməsi Nurlan Osmanov (66 kq) Rusiyanın İjevsk şəhərində 23 yaşınadək cüdoçular arasında keçirilən Avropa birinciliyində qüvvəsini sınayıb. Mübarizəyə 1/16 final mərhələsindən başlayan cüdoçumuz, müvafiq olaraq, Belarus, Macarıstan, İsveçrə və İtaliya idmançılarına qalib gələrək finala vəsiqə əldə edib. Gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmada Nurlan rusiyalı rəqibi Murad Çopanova məğlub olaraq, qitə çempionatının gümüş medalını qazanıb.

Azərbaycan cüdosunun ən gənc istedadlı nümayəndələrindən olan Murad Fətiyevin (81 kq) Avstraliyanın Pert şəhərində keçirilən “Okeaniya Open” turnirindəki uğurlu çıxışını da klubun diqqətəlayiq nailiyyətlərindən sayıla bilər. Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda cüdoçumuz yarışda bürünc medala sahib çıxıb. Mübarizəyə 1/32 finaldan başlayan təmsilçimiz ilk mərhələdə Fransa, növbəti görüşdə isə uruqvaylı idmançını üstələyib. Lakin gənc cüdoçumuz 1/8 finalda braziliyalı rəqibinə məğlub olub. Bürünc medal uğrunda təsəlliverici görüşə çıxan idmançımız bu mərhələdə Avstriya cüdoçusuna qalib gəlib. Murad Fətiyev həlledici görüşdə italiyalı Andrea Regis üzərində də üstünlüyünü təmin dərək üçüncü yerin sahibi olub. Olimpiya ümidlərimizdən olan idtedadlı cüdoçu  bürünc medal qazanmaqla öz aktivinə 350 xal yazdırıb. O, hazırda dünya reytinqində 43-cü, Olimpiya reytinqində isə 36-cı pillədə qərarlaşıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.