../img/pics/medium/166275_xwap1eqpcd.jpg "Radio aparıcılığı etməyimə ilk dəstək verənlərdən biri də nazirimiz oldu" - Müsahibə
../img/pics/medium/166241_yn24h3zt84.jpg Plasebo effekti - Türkan Turan yazır
../img/pics/medium/166240_kao47z7gwf.jpg Mədəniyyət Nazirliyi ideya axtarışında - I yazı
../img/pics/medium/166236_d6lwzl6o91.jpg Hacı Zeynalabdin Tağıyevin naturadan çəkilmiş portreti - Bir rəsmin dedikləri
SON XƏBƏRLƏR
12 Avqust 2020
11 Avqust 2020

Avropa çempionatında 7 medal - karateçilərimizin növbəti uğuru

Avropa çempionatında 7 medal - <b style="color:red">karateçilərimizin növbəti uğuru</b>

Noyabrın 1-2-də Macarıstanın Monor şəhərində Vado-kai karate üzrə 47-ci Avropa çempionatı keçirilib. 16 ölkədən 600-dən çox idmançının iştirak etdiyi yarışda Azərbaycan karateçiləri də qüvvələrini sınayıblar. Çempionatda ölkəmiz 10 idmançı ilə təmsil olunub.

Avropa Vado-Kai Karate-Do Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi, “Judo Club 2012”nin karate bölməsinin rəhbəri, Əməkdar məşqçi Gündüz Mahmudovun rəhbərliyi ilə Macarıstana yollanan karateçilərimiz fərdi yarışlarda 7 (2 qızıl, 4 gümüş, 1 bürünc) medal qazanıblar. Komanda yarışlarında da idmançılarımız uğurla çıxış ediblər. 16-17 yaşlı karateçilərin mübarizəsində bütün rəqiblərinə qalib gələn Azərbaycan komandası birinci yeri tutub.

Onu da qeyd edək ki, yığma komandanın tərkibində “Judo Club 2012” 8 idmançı ilə təmsil olunub. Çempionatda fərdi yarışlarda qazanılmış medallardan 6-sı (2 qızıl, 3 gümüş, 1 bürünc) onların payına düşüb. Belə ki, Musa Məmmədov (14-15 yaş) -63 kq, Fərid Ağayev (16-17 yaş) -76 kq çəki dərəcələrində qızıl, Rəsul Abbasov (14-15 yaş)  -57 kq, Abbas Dadaşov (16-17 yaş) -68 kq,  Adil Quliyev (16-17 yaş) -76 kq çəki dərəcələrində gümüş, Kənan Babayev (16-17 yaş)  -68 kq çəki dərəcəsində bürünc medala sahib olublar.

“Judo Club 2012”nin yetirmələri Fərid Ağayev, Abbas Dadaşov, Kənan Babayev, çempionatda  16-17 yaşlı karateçilərin komanda yarışlarının qalibi olan millimizin tərkibində əzmkarlıqla mübarizə aparıblar.


 
Bölmənin digər xəbərləri
Ramil Şeydayev daha 1 il “Sabah”da çıxış edəcək Ramil Şeydayev daha 1 il “Sabah”da çıxış edəcək
"Sabah” klubu futbolçusu Ramil Şeydayevlə yeni müqavilə bağlayıb. ...
01.08.20
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.