|
|
|
|
“Türkiyədən gələn həkimlərin bildirdiyinə görə atamın vəziyyəti ağırdır”.
APA-nın məlumatına görə, bu barədə hüquq müdafiəçisi Oktay Güləliyevin oğlu Tural Güləliyev "Facebook" səhifəsində məlumat verib.
O bildirib ki, həkimlər O.Güləliyevin Türkiyəyə aparılmasında heç bir təhlükə olmadığını bildiriblər:
“Ailəsi olaraq onun aparılması üçün razılıq verdik. Hazırda atamın Türkiyəyə aparılması üçün hazırlıq işləri görülür”.
Qeyd edək ki, Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.
Hazırda onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilir.
Heydər Əliyev Fondu Oktay Gülalıyevin müalicəsini üzərinə götürüb.