Respublika Bədən Tərbiyəsi Mərkəzi “Təhsil” Respublika İdman Mərkəzinə birləşdirilib.
APA-nın xəbərinə görə, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, İstedadlı Uşaqlarla İş Mərkəzi və Respublika Elmi-Pedaqoji Kitabxanası Azərbaycan Respublikasının Təhsil İnstitutuna birləşdirilb. Eyni zamanda, qərarla Respublika Bədən Tərbiyəsi Mərkəzi “Təhsil” Respublika İdman Mərkəzinə birləşdirilib.