Bu gün Milli Məclisin növbəti plenar iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi davam edir.
APA-nın məlumatına görə, iclasda “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (birinci oxunuş), Milli Məclisin 2020-ci il üçün xərclər smetası, Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası müzakirə olunacaq.
Qeyd edək ki, layihələrin müzakirəsinə noyabrın 12-də başlanıb, noyabrın 14-də başa çatacaq.