Bakının Sabunçu rayonunda ikimərtəbəli fərdi yaşayış evi çöküb.
APA-nın məlumatına görə, hadisə Məmmədyarov küçəsi 30/17 ünvanında qeydə alınıb.
İlkin məlumata əsasən, bir nəfərin məskunlaşdığı ikimərtəbəli fərdi yaşayış evi tamamilə dağılıb. Hadisə zamanı ev sahibi evdə olmayıb. Nəticədə yaxınlıqda olan digər yaşayış evlərinə ziyan dəyib.