https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
24 Aprel 2024

Messi 6-cı dəfə "Qızıl top"u qazandı

Messi 6-cı dəfə "Qızıl top"u qazandı

İlin ən yaxşı futbolçusu üçün təsis olunan “Qızıl top” mükafatının sahibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, məşhur “France Football” nəşrinin keçirdiyi səsvermənin qalibi adına Lionel Messi yiyələnib.

Qalibin adı Fransanın paytaxtı Parisdə keçirilən tədbirdə açıqlanıb. “Şatle” teatrında təşkil olunan mərasimdə argentinalı ulduzu ötənilki qalib Luka Modriç təltif edib.

6-cı dəfə bu mükafata sahib çıxan “Barselona”nın hücumçusu 5 dəfə qalib adını qazanan Kriştianu Ronaldonu arxada qoyub. “France Football”ın səsverməsində “Liverpul”un nidelandlı futbolçusu Vircil van Diyk 2-ci, “Yuventus”un portuqaliyalı oyunçusu Kriştianu Ronaldo 3-cü olub. Sonadək adı bu “üçlük”lə yanaşı, namizədlər sırasında olan digər “Liverpul”lu, Seneqal millisinin üzvü Sadio Mane 4-cü yeri tutub.

Digər namizədlər isə aşağıdakı kimi sıralanıb: 5. Məhəmməd Salah, 6. Killian Mbappe, 7. Alisson Bekker, 8. Robert Levandovski, 9. Bernardu Silva, 10. Riyad Mahrez, 11. Frenki de Yonq, 12. Rəhim Sterlinq, 13. Eden Azar, 14. Kevin de Breyne, 15. Matiys de Liqt, 16. Serxio Aquero, 17. Roberto Firmno, 18. Antuan Qrizmann, 19. Trent Aleksander-Arnold, 20-21. Pyer-Emerix Obameyanq, Duşan Tadiç, 22. Son Xın Min, 23. Uqo Loris, 24-25. Andre Ter-Şteqen, Kalidu Kulibali, 26-27. Kərim Benzema, Jorjinyo Veynaldum, 28-30. Markinyoş, Donni van de Bek, Joao Feliş.

Qeyd edək ki, 1956-cı ildən ən yaxşıya təqdim olunan “Qızıl top” 2010-15-ci illərdə FİFA və “France Football”ın birgə təşkilatçılığı ilə sahibini tapıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.