|
|
|
|
Məhəmməd Hadinin 140 illiyinə
Qalanlar - iz olduğunu...
Olanlar - söz olduğunu...
Haqqın - haqsız olduğunu
Bildi, getdi bu dünyadan.
***
Gördü dünya uzun yoldu,
Çox yüyürdü, tez yoruldu.
Rəngi soldu, gözü doldu,
Güldü, getdi bu dünyadan.
***
Millət idi dərdi-səri...
Qaçış idi hər səfəri.
Qaldı ölməz əsərləri
Öldü, getdi bu dünyadan.
***
Nə sağçıydı, nə də solçu.
Bir məzarsız qərib yolçu,
Ölməzliyə gedən Elçi
Oldu, getdi bu dünyadan.
***
Od Oğlu, od Övladıydı,
Ustaların ustadıydı.
Şair Məhəmməd Hadiydi,
Gəldi, getdi bu dünyadan.
27.11.2019