|
|
|
|
“Ərdoğan, Makron və Merkel arasında çox yaxşı danışıqlarımız oldu”.
APA-nın NATO-nun sammitində iştirak üçün akkreditə olunmuş London müxbirinin xəbərinə görə, bunu Böyük Britaniyanın Baş Naziri Boris Conson NATO-nun 70 illiyi ilə bağlı təşkil edilən sammitdən sonra keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, liderlər Şimali Suriyadakı vəziyyət haqqında danışıblar:
“Biz əlbəttə ki, 4 milyon qaçqına ev sahibliyi edən Türkiyənin üzərindəki məsuliyyətin və təzyiqin, PKK-dan gələn terror təhdidlərinin fərqindəyik. Biz, sadəcə Türkiyənin Şimali Suriyadakı gələcək planlarını anlamağa çalışırıq. NATO daxilindəki müttəfiqlər və Türkiyənin arasında anlaşılmazlığın qarşısını almağa çalışırıq. Biz bu formatda danışıqlara davam edəcəyik", - deyə B. Conson vurğulayıb.