Şirvan rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Zəngilan rayonundan məcburi köçkün düşmüş 1948-ci il təvəllüdlü Məlikov Surxay Aslan oğlu arvadının gözü qarşısında özünü bıçaqlayıb.
O, ağır vəziyyətdə xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Məlikov intihar etməzdən öncə həyatdan bezdiyini, daha yaşamaq istəmədiyini deyib.