"Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilib.
525.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib.
Qərara əsasən, Təhsil Nazirliyinin şagird və müəllimlərin attestasiyasının keçirilməsi qaydalarını müəyyənləşdirmək səlahiyyəti alınıb. Bundan sonra, tələbələrin biliyinin attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.
S.QARAYEVA