https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
https://525.az/img/pics/medium/2024-03/308247_oo9k2t4ndt.jpg Prezident Rəşad Məcidi təltif etdi
https://525.az/img/pics/medium/2024-03/308179_uqkco4683w.jpg Beynəlxalq və milli səviyyədə qeyd edilən Elm Günü
search
28 Mart 2024

Tərlan Həsənov Əməkdar bədən tərbiyəsi və idman xadimi adına layiq görülüb

Tərlan Həsənov Əməkdar bədən tərbiyəsi və idman xadimi adına layiq görülüb

Dekabrın 25-də Milli Olimpiya Komitəsinin inzibati binasında 2019-cu ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Tədbirdə Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2019-cu ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.

Mükafatlandırılanlar arasında “Judo Club 2012” klubunun cüdo bölməsi üzrə baş məşqçisi, Əməkdar məşqçi Tərlan Həsənov da yer alıb. Təcrübəli mütəxəssis Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Əməkdar bədən tərbiyəsi və idman xadimi adına layiq görülüb.

Məlumat üçün qeyd edək ki, Tərlan Həsənov Azərbaycanın Əməkdar məşqçisi, Azərbaycan Cüdo Federasiyasının Məşqçilər Şurasının üzvüdür. Məşqçi işlədiyi müddət ərzində hazırladığı idmançılar SSRİ, Avropa və dünya çempionatlarında, IV İslam Həmrəyliyi Oyunlarında və Avropa kateqoriyalı bir sıra beynəxalq turnirlərdə yüzlərlə müxtəlif əyarlı medallar qazanıblar.
Onun yetirmələri arasında iki Olimpiya çempionunun şəxsi məşqçiləri, yüzə yaxın idman ustası, Yay Olimpiya Oyunlarının iştirakçıları, üç beynəlxalq dərəcəli hakim, iki Milli Qəhrəman, bir nəfər general-polkovnik və onlarla yüksək rütbəli zabitlər var.

Tərlan Həsənov 2014-cü ilən “Judo Club 2012”nin cüdo bölməsi üzrə baş məşqçi vəzifəsində çalışır.

 

 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.