https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
https://525.az/img/pics/medium/2024-04/311276_uky9bje22g.jpg "Şeirin taleyi haqqında son hökm oxucunundur..."
search
25 Aprel 2024

“Judo Club 2012” ilin son yarışını 12 medalla başa vurdu

“Judo Club 2012” ilin son yarışını 12 medalla başa vurdu

Dekabrın 24-26-da Bakı İdman Sarayında kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda paytaxtı və bölgələri təmsil edən 40 komandanın heyətində 331 (272 kişi, 59 qadın) cüdoçu mübarizə aparıb. İlin son yarışında “Judo Club 2012”nin cüdoçuları da qüvvələrini sınayıblar. Klubun idmançıları çempionatın fərdi yarışlarında uğurla çıxış edərək 3 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıblar. Gərgin mübarizə şəraitində keçən yarışda klubun təmsilçilərindən Zeynəb Məmmədova (-52 kq), Yaşar Nəcəfov (-60 kq) və Murad Fətiyev (-81 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adına layiq görülüblər.

Aidə Baxışova (-70 kq) və Fəqan Quluzadə (-81 kq) yalnız finalda uduzaraq gümüş medala sahib çıxıblar.

Klubun aktivinə bürünc medalları isə Diana Şoranova (-63 kq), Nurlan Osmanov (-66 kq), Nərgiz İbrahimova (-70 kq), Kənan Quluzadə (-73 kq) və Hüseyn Məmmədov (+100 kq) yazdırıblar.

Gülşən Nəzərova (-52 kq), Nərgiz Hacıyeva (-63 kq), Elçin Hüseynov (-66 kq), Günel Quliyeva (-70 kq) və Elvin Əhmədli (-90 kq) isə bürünc medal uğrunda görüşdə məğlub olaraq beşinci yerlə kifayətləniblər.

Fərdi yarışlarda qazanılmış medalların əyarına görə “Judo Club 2012” klubu çempionatda ikinci pillədə qərarlaşıb.

Turnirin sonuncu günündə komanda yarışlarına start verilib. 12 komandanın iştirakı ilə keçirilən yarışda “Judo Club 2012”nin kişilərdən və qadınlardan ibarət komandası da medallar uğrunda mübarizə aparıblar. Gərgin mübarizə şəraitində keçən yarışda klubun kişilərdən ibarət komandası gümüş medala layiq görülüb. “Judo Club 2012”nin qadınlardan ibarət komandası isə bürünc medala sahib çıxıb.

Beləliklə, “Judo Club 2012” klubu Azərbaycan çempionatını 12 (3 qızıl, 3 gümüş, 6 bürünc) medalla başa çatdırıb.

Ölkə çempionatının qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyasının, Gənclər və İdman Nazirliyinin medal və diplomları, həmçinin pul mükafatları təqdim olunub. Komandaların nümayəndələri isə kuboklar və diplomlarla mükafatlandırılıblar.

 








Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.