https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Şeytana qarşı - Əlisəfdər Hüseynov (I yazı)
https://525.az/img/pics/medium/2024-03/308277_bixbhlvc2s.jpg Jurnalistika - "tələsik yaradılan ədəbiyyat" - Gülay Tahirli yazır
https://525.az/img/pics/medium/2024-02/303253_0421emrqww.jpg Nəsillər arasındakı anlaşılmazlıq: təkrarlanan "çatlar"
https://525.az/img/pics/medium/2024-03/308269_0pagv71pno.jpg AMEA-da Elm Günü qeyd olunub
search
29 Mart 2024

"Qarabağ"ın qapıçısı: "Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir"

"Qarabağ"ın qapıçısı: "Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir"

“Azərbaycandakı uyğunlaşma prosesim çətin olmadı. Həmişə beynimdə belə bir fikir olub ki, mən öz mədəniyyətimi dəyişə bilmərəm, amma yerli adət-ənənələrə uyğunlaşaram”.

Apasport.az saytının məlumatına görə, bunu Ağdamın “Qarabağ” klubunun futbolçusu Vaqner da Silva deyib.

Braziliyalı qapıçı vətənində verdiyi açıqlamada Azərbaycan karyerası barədə danışıb: “Həyat yoldaşım da, qızım da oranı sevir. Klub çox yaxşı qurulub, düzgün insanlar çalışır. Komandanın heyəti isə fantastikdir”.

Vaqner Bakı haqda da fikirlərini açıqlayıb: “Bakı möhtəşəm şəhərdir. Bu ölkəni çox az adam tanıyır. Amma Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bura gedən hər bir xarici vətəndaş özünü çox yaxşı hiss edir. Bura müsəlman ölkəsi olsa da, onlar digər yerlərdəki qədər sərt deyillər”.

Cənubi amerikalı “Qarabağ”da yaşadığı avrokubok təcrübəsi barədə fikirlərini də bölüşüb: “Qarabağ”da böyük sürprizlə başladım. Komandaya qoşulandan 4 gün sonra Çempionlar Liqasının təsnifat mərhələsində debüt etdim. Bu, karyeramdakı ən möhtəşəm hadisələrdən idi. Çünki mən belə təcrübəyə malik deyildim. Köhnə əlcək, köhnə butsı ilə oynayırdım. Matç günü də yağış yağırdı. Mən qol buraxmadım və biz qalib gəldik”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.