https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-04/310474_5r5gk77yic.jpg Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs
https://525.az/img/pics/medium/2024-01/298567_otkmfryng1.jpg Durnalı dəftərlər panteonu
search
18 Aprel 2024

"Neftçi" bəyənmədi, "Qalatasaray" aldı

"Neftçi" bəyənmədi, "Qalatasaray" aldı

“Qalatasaray”  heyətinə yeni futbolçu cəlb edib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi nigeriyalı hücumçu Jesse Sekidika ilə 4.5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, son klubu “Eskişehirspor” olan 23 yaşlı forvard 2019-cu ilin yanvarında “Neftçi”də baxışda olub. Ancaq baş məşqçi Roberto Bordin onu bəyənmədiyi üçün geri göndərilib. O, Rumıniyanın "Qaz Metan” klubu ilə yoxlama matçında (3:0) iştirak da edib.

Əlavə edək ki, daha öncə Türkiyə mediası Sekidikanın "Trabzonspor"a keçəcəyini yazmışdı.

Qeyd edək ki, "Neftçi"nin düşərgəsindən aydıldıqdan sonra Sekidika birinci liqa təmsilçisi “Eskişehirspor”a keçib. O, keçən mövsüm 13 matçda 6 qol vurub. Bu mövsümə də Sekidika əla başlayıb. O, 14 matçda 8 qol vurub, 2 qolun isə ötürməsini edib. Bu uğurlu çıxışdan sonra o, superliqa klublarının maraq dairəsinə düşüb.


Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.