Dmitri Medvedev hakim “Yedinaya Rossiya” Partiyasının sədri vəzifəsində qalacaq.
AZƏRTAC xəbər verir ki, yanvarın 15-də istefaya getmiş Rusiya Hökumətinin sədri Dmitri Medvedevə Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsi təklif olunub. Onun, həmçinin hakim “Yedinaya Rossiya” Partiyasının sədri kimi fəaliyyətini davam etdirəcəyi bildirilir.
Bu barədə məlumat verən “Yedinaya Rossiya” Partiyası Baş Şurasının katibi Andrey Turçak qanunvericilikdə D.Medvedevin, eyni zamanda, partiya sədri kimi fəaliyyəti üçün heç bir ziddiyyət olmadığını qeyd edib.