|
|
|
|
Azərbaycan beynəlxalq təşkilatların fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərini izləməsi üçün lazımi şərait yaradıb.
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, Azərbaycan daim seçkilər dövründə beynəlxalq təşkilatlarla əməkdaşlıq edib: “Bu seçkilərlə bağlı biz beynəlxalq təşkilatlara dəvət göndərmişik. Bir çoxu artıq müsbət cavab verib. Biz də istəyirik ki, beynəlxalq təşkilatların nümayəndələri bizim tədbirlərdə iştirak etsinlər”.