2019-cu ildə dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitin məbləği əvvəlki illə müqayisədə 46,9 faiz artırılaraq 1042,5 milyon manata çatdırılıb.
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, səhiyyəyə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılmasına imkan verib.