Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçkiqabağı müşahidə missiyasının üzvləri Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüş keçirir.
Secki-2020.az saytı xəbər verir ki, nümayəndə heyətinin üzvləri daha sonra Milli Məclisin rəhbərliyi və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşəcək.
Görüşlərdə bu ilin fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlıq məsələləri müzakirə olunur.