"Azərbaycanda cəzaçəkmə müəssisələrində də seçki prosesinin qanunvericiliyə uyğun həyata keçirilməsi təcrübəsi formalaşıb”.
İctimai Komitənin üzvü bildirib ki, məhkumların seçki hüququndan istifadə etməsi qanunvericiliyə uyğun təşkil olunur: “Cəzaçəkmə müəssisələrində seçki gününə 5 gün qalmış seçki məntəqələri yaradılır. Biz İctimai Komitənin üzvləri ilə seçki günü cəzaçəkmə müəssisələrində seçki prosesini izləyirik. Məhkumlar sərbəst şəkildə öz seçki hüquqlarından istifadə edirlər”.
Hüquqşünas ölkədə müşahidə olunan seçkiöncəsi mühitin normal olduğunu qeyd edərək deyib: “Seçkiyə hazırlıq prosesi normal şəkildə davam edir. İndiyə qədər ciddi pozuntularla bağlı müraciətlər qeydə alınmayıb. Mövcud Seçki Məcəlləsi də seçkiləri beynəlxalq prinsiplərə uyğun keçirməyə imkan verir”.