83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) Ağcabədi rayonun Qaraxanlı kəndində seçicilərlə görüş keçirib.
Kənd camaatı tərəfindən xoş qarşılanan Aqil Abbas onların problemlərini dinləyib. Kənd ağsaqqalı 82 yaşlı Əlövsət dayı deputatlığa namizəd Aqil Abbasa səs verəcəklərini bildirərək xeyir-dausını verib.