|
|
|
|
Bakı Dövlət Universitetində (BDU) yaradılan Psixoloji yardım sektorunun təhsil müəssisəsinin həyatında əhəmiyyətli rolu olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikri BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev jurnalistlərə açıqlamasında deyib. Prorektor qeyd edib ki, dünyanın ayrı-ayrı ölkələrinin ali məktəblərində psixoloji yardım təşkil olunub. BDU-da qeyd edilən sektorun fəaliyyətə başlaması çox əlamətdardır.
Ə.Ağamirzəyev Psixoloji yardım sektorunun səmərəli xidmət göstərəcəyinə əminliyini vurğulayıb.