Nazirlər Kabineti “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin, ştat sayının müəyyən edilməsi və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında” qərar verib.
APA-nın məlumatına görə, qərara əsasən, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiqlənib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü
1. Dövlət Xidmətinin Bakı Regional İdarəsi İnzibati ərazilər (şəhər, rayon)
1. Bakı və ətraf qəsəbələri
2. Abşeron
2. Dövlət Xidmətinin Şabran Regional İdarəsi
İnzibati ərazilər (şəhər, rayon)
1. Şabran
2. Sumqayıt
3. Qobustan
4. Xızı
5. Xaçmaz
6. Quba
7. Qusar
8. Siyəzən
9. Qubadlı
10. Şuşa
11. Xankəndi
12. Zəngilan
3. Dövlət Xidmətinin Qəbələ Regional İdarəsi
İnzibati ərazilər (şəhər, rayon)
1. Qəbələ
2. Şamaxı
3. Ağsu
4. İsmayıllı
5. Oğuz
6. Şəki
7. Qax
8. Zaqatala
9. Balakən
10. Göyçay
11. Ucar
12. Zərdab
13. Ağdaş
14. Mingəçevir
4
4. Dövlət Xidmətinin Gəncə Regional İdarəsi
İnzibati ərazilər (şəhər, rayon)
1. Gəncə
2. Naftalan
3. Samux
4. Goranboy
5. Yevlax
6. Bərdə
7. Tərtər
8. Ağcabədi
9. Beyləqan
10. Göygöl
11. Ağstafa
12. Qazax
13. Tovuz
14. Şəmkir
15. Gədəbəy
16. Daşkəsən
17. Kəlbəcər
18. Xocalı
19. Laçın
20. Ağdam
5. Dövlət Xidmətinin Salyan Regional İdarəsi
İnzibati ərazilər (şəhər, rayon)
1. Salyan
2. Lənkəran
3. Astara
4. Lerik
5. Yardımlı
6. Masallı
7. Cəlilabad
8. Biləsuvar
9. Neftçala
10. Şirvan
11. Hacıqabul
12. Sabirabad
13. Saatlı
14. İmişli
15. Kürdəmir
16. Cəbrayıl
17. Xocavənd
18. Füzuli
Qərara əsasən, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin işçilərinin say həddi 215 ştat vahidi, o cümlədən regional idarələrin aparatı üzrə cəmi 20 ştat vahidi, abidə mühafizəçiləri üzrə 195 ştat vahidi müəyyən edilib. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin 2020-ci ildə saxlanılması xərclərinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət” bölməsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.