Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" şirkətinin 4G şəbəkəsi Bakı metrosunu tam əhatə edəcək.
"APA-Economics"in məlumatına görə, bunu "Azercell Telekom" şirkətinin 2019-cu ilin yekunlarına dair təşkil etdiyi konfransda çıxış edən çirkətin prezidenti Vahid Mürsəliyev deyib.
Onun sözlərinə görə, şəbəkə həm stansiyaları, həm tunelləri əhatə edəcək.