Türkiyənin “Bengü Türk” televiziya kanalında yayımlanan “Azərbaycan ruzigarı” proqramının buhəftəki verilişi Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunacaq.
AZƏRTAC xəbər verir ki, Türkiyədə milli rəqslərimizi ifa edən həmyerlimiz Səidə Ömərin müəllifi və aparıcısı olduğu veriliş fevralın 26-da yayımlanacaq.
Verilişdə qonaq olacaq sosial elmlər üzrə ekspert, türkiyəli yazıçı Mətin Yıldırım və jurnalist Ağası Hun Məmmədli Xocalı hadisələrinin mahiyyəti, səbəbləri, faciənin acı nəticələri barədə ətraflı fikir mübadiləsi aparacaqlar.