https://525.az/img/pics/medium/2021-10/205780_qmhg2lohsg.jpg Başlığı insanları təbdən çıxaran xəbərlər - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2022-03/220713_pqe3s6s2c5.jpeg Sözün ucalığına doğru - Eldar İskəndərzadənin 60 yaşına
https://525.az/img/pics/medium/2023-04/263948_uuvy11xi8l.jpg Yusif Həsənbəy dəst-xətti: "Can sağlığının sorağında"
https://525.az/img/pics/medium/2023-05/269387_2n0h6e11dm.jpg Dayanan zaman - Orxan Aras yazır
search
23 Aprel 2024

“Judo Club 2012”nin karateçilərindən növbəti uğur

“Judo Club 2012”nin karateçilərindən növbəti uğur
Fevralın 22-23-də Slovakiyanın paytaxtı Bratislavada karate üzrə 40-cı Slovakiya Qran-prisi keçirilib.
 
Yeniyetmə və gənclər arasında keçirilən kata və kumite üzrə yarışlarda 32 ölkədən 213 klubu təmsil edən 2118 karateçi medallar uğrunda mübarizə aparıb.
 
Azərbaycan komandası Bratislavaya “Judo Club 2012”nin karate bölməsinin rəhbəri Gündüz Mahmudovun və “Təhsil” Respublika İdman Mərkəzinin karate bölməsi üzrə baş məşqçisi Əbülfət Qarayevin başçılığı ilə yollanıb.
Komandamızın üzvləri - 16-17 yaşlı idmançılar arasında çıxış edən Hüseyn Məmmədli (-61 kq) və Fərid Ağayev (-76 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal, Abbas Dadaşov (-68 kq) isə yalnız finalda məğlub olaraq gümüş medal qazanıblar.

Fərid Ağayev və Abbas Dadaşov “Judo Club 2012” klubunun yetirmələridirlər.Fərid bundan əvvəl Macarıstanda keçirilən Avropa çempionatının qalibi, Abbas Dadaşov isə Xorvatiyada təşkil olunan 29-cu beynəlxalq Qran-pri turnirinin bürünc medalçısı olublar.




Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.