|
|
|
|
Rusiya İran vətəndaşlarına viza verilməsini dayandırır.
AZƏRTAC xəbər verir ki, Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova bu barədə jurnalistlərə məlumat verib.
O deyib ki, fevralın 28-dən Rusiya İran vətəndaşlarına, işgüzar və humanitar vizalar istisna olmaqla, digər vizaların, o cümlədən tranzit vizaların verilməsini dayandırır.
T.Qolikova əlavə edib ki, İran ilə aviasiya əlaqəsi ləğv edilməyəcək.